top of page

Qasımov Ramin
Gennadiyeviç
20.09.1969 – 08.05.1996

Qasımov Ramin Gennadiyeviç 20 sentyabr 1969-cu ildə Mərdəkan qəsəbəsində anadan olmuşdu.1976-cı ildə 183 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 8-ci sinifi bitirdikdən sonra təhsilini 181 saylı tam orta məktəbdə davam etdirmişdir.Ramin təhsilini bitirib Riqa şəhərindəki marşal S.S.Biryuzov adına Ali Hərbi Siyasi məktəbə daxil olmuşdu. Ali Hərbi məktəbi bitirdikdən sonra hərbi müəllim kimi gənc zabitlər hazırlığı ilə məşğul olmuş, sonradan isə məktəb komandanlığına müraciət edərək, könüllü olaraq cəbhə xəttinə getmək istədiyini bildirmişdir. Əvvəl Şəmkirdəki hərbi hissəsinə təyin olunur. 4 avqust 1993-cü ildə Füzuli bölgəsinə göndərilir.

Kapitan Qasımov Ramin Gennadiyeviç 1996-cı il mayın 8-də Füzuli bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Mərdəkan qəsəbəsində bir vaxtlar yaşadığı küçə indi “Ramin Qasımov” küçəsi adlanır.

Qasımov Ramin 
Gennadiyeviç 
20.09.1969 – 08.05.1996
bottom of page