top of page

Baxşıyev Əhməd
Ataxan oğlu
15.02.1966 – 25.09.1995

Baxşıyev Əhməd Ataxan oğlu 1966-cı il fevral ayının 15-də Mərdəkan qəsəbəsində anadan olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli tam orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra 55 saylı Texniki Peşə Məktəbinə daxil olmuş, tornaçı peşəsinə yiyələnmişdir. 1984-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən təxris olunduqdan sonra 1988-cildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuş və 1991-cildə həmin texnikumu bitirmişdir. Qarabağda gedən döyüşlərə biganə qalmayan Ə.Baxşıyev 1993-cü ildə könüllü döyüşlərə qatılmışdır. Ağdam istiqamətində gedən döyüşlər zamanı 1995-ci il 25 sentyabrda şəhid olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Baxşıyev Əhməd 
Ataxan oğlu 
15.02.1966 – 25.09.1995
bottom of page