Rəsulov Nemət
Rəsul oğlu
18.08.1972 – 30.01.1994
Rəsulov Nemət Rəsul oğlu 1972-ci il avqust ayının 18-də Mərdəkan qəsəbəsində anadan olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli tam orta məktəbi bitirmişdir. 1991-ci ildə hərbi xidmətə çağırılmış, Ukraynanın Artyom şəhərində xidmət etməyə başlamışdır.
Verilən qısamüddətli məzuniyyət qurtaran kimi Nemət tərəddüt etmədən cəbhəyə könüllü getmək üçün Əzizbəyov rayonunun hərbi komissarlığına ərizə ilə müraciət etmiş, 1993-cü ilin yanvar ayının 6-da cəbhəyə yola düşmüşdür.
Füzuli rayonunun strateji cəhətdən əhəmiyyətli olan “Məngələnata” yüksəkliyi uğrunda qanlı döyüşlərə qatılmış, 1994-cü ilin yanvarın 30-da şəhid olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Onun xatirəsini əbədiləşdirmək üçün onun adına küçə verilimişdir.