top of page

Əliyev Əliabas
Adil oğlu
01.06.1963 – 17.04.1994

Əliyev Əliabas Adil oğlu 1963-cü il iyun ayının 1-də Mərdəkan qəsəbəsində anadan olmuşdur.

Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbi bitirmişdir. Sənədlərini Binə qəsəbəsindəki Texniki Peşə Məktəbinə təqdim etmiş, traktorçu peşəsinə yiyələnmişdir. 1982-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissəsində istehkamçı (sapyor) kimi başa vurub, 1984-cü ildə ordudan təxris olunmuşdur. Azərbaycan Ordusunda xidmət etmək, təcavüzkar, torpaqlarımıza göz dikən düşmənlə vuruşmaq üçün, Əliabas da 17 avqust 1993-cü ildə könüllü olaraq cəbhəyə getmişdir.

1994-cü il aprelin 17-də Ağdamın Qarvənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Ə.Əliyevin xatirəsini əbədiləşdirmək üçün onun adına Mərdəkan qəsəbəsində küçə adı verilimişdir.

Əliyev Əliabas 
Adil oğlu 
01.06.1963 – 17.04.1994
bottom of page