top of page

Hüseynov Şahid
Güləhməd oğlu
10.12.1971 – 24.03.1993

Hüseynov Şahid Güləhməd oğlu 10 dekabr 1971-ci ildə Zirə qəsəbəsində anadan olmuşdur.1978-ci ildə Bakı şəhəri 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirmişdir.101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirmişdir. İlk hərbi xidmətə 1989-cu ildə Xəzər (Əzizbəyov) rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirmişdir.

1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub.

1992-ci ilin noyabr ayından Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib.

21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır. Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Hüseynov Şahid 
Güləhməd oğlu 
10.12.1971 – 24.03.1993
bottom of page