top of page

Yusifov Ağaəli
Vaqif oğlu
08.09.1997 – 20.10.2020

Yusifov Ağaəli Vaqif oğlu 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. Mərdəkan qəsəbəsi 181 nömrəli tam orta məktəbi bitirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Ağaəli Yusifov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Yusifov Ağaəli 
Vaqif oğlu 
08.09.1997 – 20.10.2020
bottom of page