top of page

Xıdırov Nurəddin
Nuru oğlu
09.11.1974 - 06.05.1999

Xıdırov Nurəddin Nuru oğlu 1974-cü il 9 noyabr Ermənistan Respublikası Qursalı kəndində anadan olub. 1980-ci ildə 115 №-li məktəbin 1-ci sinfinə daxil olub. 1984-cü ildən Mərdəkan qəsəbəsində yerləşən 181 №-li məktəbdə oxuyub. 1991-ci ildə həmin məktəbi bitirib 1991-ci ildə Peşə Məktəbinə daxil olub. 1993-cü ilin aprel ayında Əzizbəyov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə xidmət edib. İyun ayından döyüşlərə qatılmışdır. 26.06.1993-cü ildə Ağdam rayonu Xıdırlı kəndində gedən döyüşlərdə itkin düşmüşdür. 06.05.1999-cu ildə şəhidlik zirvəsinə ucalmışdır.

Xıdırov Nurəddin 
Nuru oğlu 
09.11.1974 - 06.05.1999
bottom of page