top of page

Nəhmətov Ceyhun
Ehtiqat oğlu
08.09.1994 – 08.11.2020

Nəhmətov Ceyhun Ehtiqat oğlu 8 sentyabr 1994-cü ildə Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur.  2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayılın azad edilməsində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv eləmişdir. 8 Noyabr 2020-ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Şəhid 8 Noyabr 2020-ci il Bakı şəhəri 3-cü Fəxri Xiyabanda dəfn edilmişdir.

Nəhmətov Ceyhun 
Ehtiqat oğlu 
08.09.1994 – 08.11.2020
bottom of page