top of page

Xasməmmədov Viktor
Oqtay oğlu
1975 – 1994

Xasməmmədov Viktor Oqtay oğlu 18 may 1975-ci ildə Qala qəsəbəsidə anadan olmuşdur. Onların ailəsinə Mərdəkan qəsəbəsində tikilib istifadəyə verilmiş binada təzə mənzil verildiyi vaxtdan Mərdəkanda yaşayırdılar. Viktor Mərdəkandakı 181 №-li orta məktəbin birinci sinfinə 1983-cü ildə qədəm qoyub. 1990-cı ildə səkkizinci sinfini bitirib. Buzovnadakı 55 saylı Texniki Peşə məktəbində qaynaqçı peşəsinə yiyələnib. Viktor 1 iyul 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılır, Şubanıdakı N saylı hərbi hissədə qısamüddətli hazırlıq keçib hərbi and içdikdən sonra cəbhə bölgəsindəki kəşfiyyat rabitə hissəsində xidmətə başlayıb. Tərtər rayonunun ərazisi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Cəld, qorxmaz, ucaboylu Viktor dəfələrlə kəşfiyyata getmiş qiymətli məlumatlarla geri dönmüşdür. 1994-cü il aprelin son günlərində qanlı döyüşlərin birində şəhid olmuşdur və Şüvəlan qəbiristanlığında dəfn olunmuşdur.

Xasməmmədov Viktor 
Oqtay oğlu 
1975 – 1994
bottom of page