top of page

Şirəliyev Kamran
Faiq oğlu
28.02.1994 – 04.04.2016

Şirəliyev Kamran Faiq oğlu 28 fevral 1994-cü ildə Köhnə Suraxanı qəsəbəsində anadan olmuşdur. Mərdəkan qəsəbəsində boya başa çatmışdır. 2002-ci ildə Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbə qəbul olunub. 2011-ci ildə 9-cu sinifi bitirib və Binə Peşə Liseyinə daxil olub.Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü ixtisaslarına yiyələnib.

08 iyul 2015-ci il tarixdə hərbi xidmətə çağırılıb.2016-cı ilin Aprel döyüşlərində Ağdərə istiqamətində Talış kəndində qəhrəmancasına vuruşaraq 04 aprel 2016-cı il tarixində şəhid olmuşdur. 

Yeni Suraxanı qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra ölkə başçısının Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 

Kamran Şirəliyevin adının əbədiləşdirilməsi üçün yaşadığı küçə onun adı ilə adlandırılıb. 

Şirəliyev Kamran 
Faiq oğlu 
28.02.1994 – 04.04.2016
bottom of page