top of page

Dadaşov Səyahəddin
Şahbala oğlu
19.05.1961 – 09.01.1994

Dadaşov Səyahəddin Şahbala oğlu 1961-ci ilin may ayının 19-da Buzovna qəsəbəsində anadan olmuşdu.Səyahəddin 1993-cü ilin noyabr ayında Əzizbəyov rayonunun - indiki Xəzər rayonunun könüllülər taborunun tərkibində döyüşlərə yollanmışdı. Onun ilk döyüşü Ağdam rayonunun Papra-vənd kəndi uğrunda olmuşdur. Onu yaralı halda döyüş meydanından Bakıya-xəstəxanaya gətirmişdilər.Həkimlərin ciddi cəhdlərinə baxmayaraq, həyatda qala bilmədi və o, 1994-cü il yanvarın 9-da şəhid oldu. Yanvarın 14-də Buzovnadakı Şəhidlər xiyabanında dəfn olundu. Mərdəkan qəsəbəsindəki küçələrin biri onun adını daşıyır.

Dadaşov Səyahəddin 
Şahbala oğlu  
19.05.1961 – 09.01.1994
bottom of page