top of page

Məhərrəmov Namiq
Həsənəli oğlu
12.02.1975 – 24.10.1993

Məhərrəmov Namiq Həsənəli oğlu 12 fevral 1975-ci ildə Mərdəkan qəsəbəsində anadan olub. Təhsilini Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev adına 123 №-li orta məktəbdə alıb. Məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirib. Oxuduğu illərdə müəllim və şagirdlərin sevgisini qazanıb, 1-ci sinifdən 7-ci sinfə qədər tərifnamələr alıb. Məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyib. 1993-cü ilin aprelin 12-də Əzizbəyov rayonu - indiki Xəzər rayonu hərbi komissarlığından  həqiqi hərbi xidmətə çağırılıb. N saylı hərbi hissədə qulluq edib. 1993-cü ilin oktyabrında N saylı hərbi hissənin tərkibində Cəbrayıl rayonu Maralyan kəndinin müdafiəsi zamanı itkin düşüb. İndiyə qədər ondan heç bir məlumat yoxdur. 24 oktyabr 1993-cü il onun şəhid olduğu gün hesab edilib.

Məhərrəmov Namiq 
Həsənəli oğlu 
12.02.1975 – 24.10.1993
bottom of page