Muradov Aydın
Zəki oğlu
08.07.1971 – 01.07.1993
Muradov Aydın Zəki oğlu 08 iyul 1971-ci ildə Qala qəsəbəsində anadan olmuşdur. 1988-ci ildə 92 №-li orta məktəbin 1-ci sinfində oxumağa başlamış və 3-cü sinfə qədər həmin məktəbdə oxumuşdur. 1980-ci ildə atasının işlədiyi Əzizbəyov adına Neft və Qazçıxarma idarəsi onları Mərdəkan qəsəbəsində yenicə tikilmiş binada təzə mənzillə təmin etdiyindən, o orta təhsilini Mərdəkandakı 181 nömrəli məktəbdə davam etdirib. Səkkizinci sinfi bitiridikdən sonra Bakıxanov qəsəbəsində yerləşən 74 saylı texniki-peşə məktəbinə daxil olub. Sonra Bakınıın DRES qəsəbəsində yerləşən Elektrik stansiyasında işləyib. 1989-cu ildə Əzizbəyov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Latviyanın Liyepaya şəhərində hərbi gəmi təmiri bölməsində dənizçi kimi xidmət etmişdir və 1991-ci ildə Vətənə qayıtmışdır. 1992-ci ildə Əzizbəyov - indiki Xəzər rayon hərbi komissarlığı tərəfindən cəbhəyə getmək üçün səfərbərliyə alınmış, N saylı hərbi hissəsində Kəlbəcər-Laçın ərazisində döyüşmüşdür. 1993-cü ildə evinə göndərə bildiyi yeganə məktubunda belə yazmışdı: "Mən Ağdam şəhərindəyəm, mən yaxşıyam. Narahat olmayın qələbədən sonra görüşərik". 01.07.1993-cu ildə Əzizbəyov rayon hərbi komissarlığı tərəfindən arayış verildi ki, Muradov Aydın Zəki oğlu Ağdam şəhərində döyüş bölgəsində itkin düşüb.