top of page

İsmayılov Qurban
Mayıl oğlu
10.03.1968 – 21.09.1992

İsmayılov Qurban Mayıl oğlu 10 mart 1968-ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olmuşdur. 1984-cü ildən ailəsi Mərdəkan qəsəbəsinə köçmüş və orada yaşamışdır. Qurban İsmayılov tam orta təhsilini Bakı şəhəri Buzovna qəsəbəsindəki 26 saylı tam orta məktəbdə başa vurmuşdur. 1986-cı ildə o zamankı Əzizbəyov rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdı. 1986-1988-ci illərdə Qurban Moskva şəhərində tikinti taborunda xidmət edərək Vətəninə dönmüşdür. 1989-1990-cı illərdə mənfur düşmənlərin xalqımızı düçar etdikləri fəlakətə Qurban da laqeyd qala bilmədi. Öz yaşıdları ilə hərbi komissarlığa müraciət edərək döyüşlərə könüllü yollanmışdır. Ağdərə-Şuşa istiqamətində gedən döyüşlərdə əlində silah dəfələrlə düşmənlə üz-üzə gəlmişdir. 1992-ci ilin sentyabr ayının 21-də Turş-su ətrafında gedən döyüşlərdə ağır yaralanmış, döyüş yoldaşını atəş altından çıxararkən düşmən snayperinə tuş gələrək qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır. Qurbanın məzarı yaşadığı küçəyə onun adı verilmişdir. Qurban İsmayılovun adını əbədiləşdirmək üçün onun, Mərdəkanda yaşadığı böyük bir küçəyə “Qurban İsmayılov küçəsi” adı verilmişdir

İsmayılov Qurban 
Mayıl oğlu 
10.03.1968 – 21.09.1992
bottom of page