top of page

Mövludov
25.09.1968 – 25.01.1990

Mövludov Fuad Fərhad oğlu 1968-ci il seytyabrın 25-də Şimal Dress qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Əzizbəyov rayonu 230 saylı məktəbdə almış, tam orta təhsilini isə 156 saylı məktəbdə başa vurmuşdur. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Kiyev Ali Hərbi Aviasiya məktəbinə daxil olur, lakin 3-cü kursdan vətənpərvər baxışlarına görə məktəbdən xaric edilmişdir. Bundan sonra, 4-5 ay Kalininqradda əsgərlik çəkmişdir. Əsgərlikdən qayıtdıqdan sonra, əvvəlcə texniki-peşə məktəbində, daha sonra isə 39 nömrəli Yanğından Mühafizə İdarəsində döyüşçü işləmişdir.  Yanvar ayının 19-dan 20-nə keçən gecə Şimali DRES-in yanında yaralanmış, yaralandığı yerdə uzun müddət qaldıqdan sonra 26 saylı xəstəxanaya çatdırılmışdır. Atasının sözlərinə görə, narkozsuz əməliyyat olunmuş, iki gün morfinin təsiri altında yatmış, yalnız yanvarın 23-ü saat 9-da ayıldıqdan sonra necə yaralandığını danışa bilmişdir. Yanvarın 25-də aldığı xəsarətlərdən vəfat etmişdir.

Şüvəlan qəbiristanlığında dəfn edilmişdir.

Mövludov 
25.09.1968 – 25.01.1990
bottom of page