top of page

Nağızadə Elçin
Elşən oğlu
17.05.1997- 23.04.2022

Bakı şəhərində anadan olub

  • Facebook
  • Twitter
  • LinkedIn
  • Instagram
Foto

Həyat hekayəsi

Elçin Nağızadə...bu adı daşıyan insan haqda bir kitab söz yazmaq olardı. Və inan ki bu sözlər ancaq və ancaq onun necə də xeyirxah , dostcanlı ,yardımsevər, böyüklərinə hər zaman dərin hörmət və ehtiramla yanaşan, kiçiklərinə əyləncə və sevgi dolu münasibət göstərən , xidmətində məsuliyyətli , nizam intizamı ilə seçilən , iş yoldaşları , kollektivi , müdriyəti və ətrafı tərəfindən hörmət qazanan, hər daim vətən müharibəsində iştirak edən Qazi qardaşlarının yardımına yorulmadan üşənmədən qaçan , sonsuz sevgi bəslədiyi anası Samirə xanıma mərd bir oğul , sirdaş ,arxa dayaq, qardaşına bu həyatda ən böyük var dövlət və sadiqliyin rəmzi olan bir igid və ən önəmlisi həya və abır sahibi , Allahını sevən və onun görüşünə namazına qaçaraq gedən dinli imanlı bir gənc idi...Üzündəki saflığını onun rəsmindən belə görmək olar... 1 əsrlik hörməti 24 ilinə sığdıran Elçin , həqiqətəndə bu dünyaya El üçün gəlmişdi...o təkcə ailədən yox Eldən də köçüb getdi...Heç şübhəsiz ki, onu Allah daha gözəl bir yerə apardı...çünki onun kimi sağlam , pis vərdişlərdən hər zaman uzaq və idmançı biri xərçəng xəstəliyinə tutulub tez bir zamanda bu dünyadan köçdü...həyat çox acıdır...bəzən bizlərdən ən dəyərlimizi alıb aparır...Nağızadə Elçin də o şəxslərdən biri idi...Eşqin şəhidi idi...

bottom of page