Hümmətova Aygün
Aydın qızı
22.08.1975 – 06.01.2024


Onun səsi, sözləri və melodiyaları pərəstişkarlarının qəlbində və musiqi tarixində yaşamağa davam edəcək. O, təkcə ifaçı deyil, həm də ilham mənbəyi, mahnıları insanların həyatının əsas anlarında - sevinc, kədər, sevgi və məyusluqda rezonans doğuran biri idi. Onun istedadı, insanları birləşdirən, qəlbimizdə və yaddaşımızda əbədi yaşayacaq unikal musiqi anlar idi.
Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakının Yeni Suraxanı qəsəbəsində musigiçilər ailəsində anadan olub. Aygün ailədəki altı uşaqdan ilki idi.
İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə 13 yaşlı Aygün Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunub. Professional səhnəyə ilk gəlişi də elə o dövrdən başlayıb.
Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə çıxışlar edən Aygün xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərlərinə çıxıb.
O, 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.
1998-ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Hümmətova sənət taleyində yeni səhifə açılıb. Görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, Alim Qasımovdan muğamın incəliklərini öyrənib.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə ona “Əməkdar artist” fəxri adı verilib. Əməkdar artist “Sən ruhumun qida yerisən”, “Tut ağacım”, “Küsmə gəl”, “Qəlbimin səsi”, “Özün günahkarsan” mahnıları ilə məşhurluq qazanıb. Ancaq ona ən böyük uğuru “Tut ağacım” mahnısı gətirib.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşaiyəti ilə çıxış edən Aygun Hümmətova Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülərək festivalın qalibi olub.
Bu dövrdən başlayaraq, 2005 – 2010 illər arası Aygün Hümmətova dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s.
Aygün “Humayun” muğamının üzərində simfonik – muğam yazmaq istəyi ilə 2010-ci ildə yaradıcılıq axtarışlarına başlayıb.
2012-ci ildə Aygün Bakı Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub.
2013-cü ATV telekanalı ilə müştərək olaraq “Yenə o bağ olaydı” adlı müəllif proqramıyla efirə çıxıb.
Bir övlad anası olub. (2009-cu il təvəllüdlü Cahan adında qızı)
Aygün Hümmətova bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün Ankarada, oradakı klinikalardan birinə mualicə alırdı.
6 yanvar 2024-cü il tarixində bu ulduz söndü və yalnız böyük irsini buraxdı. Qoy onun ruhu əbədiyyətdə rahatlıq tapsın, musiqisi həyatda qalanların qəlbinə hopsun, xatirələrdə, melodiyalarda canlansın.
Yeni Suraxanı gəbristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin.