Sucayev Şəmşir
Şiyab oğlu
1975 – 1995
Sucayev Şəmşir Şiyab oğlu 1975-ci ildə Lerik ravonunun Nuravud kəndində anadan olmuş və sonra ailə Bakıya köçmüşdür. Şəmşir 1982-ci ildə Xəzər rayonunun Mərdəkan qəsəbəsində 181 nömrəli tam orta məktəbə qəbul olmuş, 9-cu sinfə qədər oxumuş və sonra sənədlərini Binə qəsəbəsində yerləşən 101 saylı Texniki Peşə məktəbinə - indiki Abşeron Binə Peşə Liseyinə vermişdir. Onun hobbisi futbol oynamaq idi. O, çox istedadlı oğlan idi. Neft sahəsində işə qəbul olub. Şəmşir mexanik vəzifəsində çalışıb. Bir müddət işlədikdən sonra 1993-cü ildə onu hərbi xidmətə çağırırlar. Şəmşir Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qızğın döyüşlərin birində Şəmşir və yaxın əsgər yoldaşları mərmi dalğasına düşərək yaralanmışlar. Yaralandıqdan sonra bir müddət Ağdamın hospitalında müayinə və müalicə almış, sonra onları Bakıda yerləşən 1 saylı hospitala ağır vəziyyətdə yerləşdirmişlər. Həmin hospitalda 18 mart 1995-ci ildə vəfat etmişdir.