top of page

Bulimov Vitaliy
Alekseyeviç
20.10.1971 – 20.10.1992

Bulimov Vitaliy Alekseyeviç 20 oktyabr 1971-ci ildə Bakının Qala qəsəbəsində anadan olmuşdur. 1988-ci il də 92 №-li tam orta məktəbin 1-ci sinfində oxumağa başlayıb. 3-cü sinfə qədər həmin məktəb də oxuyub. 1980-ci ildə valideynlərinin işlədiyi Əzizbəyov adına Neft və Qazçıxarma İdarəsi indiki H.Z.Tağıyev adma NQÇİ onları Mərdəkan qəsəbəsində yenicə tikilmiş binada təzə mənzillə təmin etdiyindən Vitaliy orta təhsilini Mərdəkandakı 181 saylı tam orta məktəbdə davam etdirib. O, 8-ci sinifi bitirdikdən sonra Sabunçu qəsəbəsində yerləşən 82 №-li texniki peşə məktəbinə daxil olur və rabitəçi peşəsinə yiyələnir. Bir müddət Əzizbəyov rayonunun rabitə qovşağında rabitəçi vəzifəsində çalışır. Sonra Bakının Xətai rayonun rabitə qovşağında fəaliyyətini davam etdirir. 1989-cu ildə Əzizbəyov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Yakutiyanın Tiksi şəhərində hərbi aviasiyasiya bölməsində rabitəçi kimi xidmət etmiş, öz peşəsinin kamil bilicisi kimi dəfələrlə komandanlığın təşəkkürünü almış bir dəfə də qısamüddətli məzuniyyət ilə mükafatlandırılaraq vətənə doğma Azərbaycana valideynləri ilə görüşə gəlmişdir. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra vətənə dönmüşdür. Vitaligilin ailəsi çoxuşaqlı olduğundan evin böyük oğlu kimi ata-anasına kömək göstərmək istəyirdi. Odur ki, NQÇI-də neftin ötürülməsi kompleks hazırlıq sexində operator işləməyə başladı. Təxminən 9 ay burada işlədikdən sonra Əzizbəyov rayonu hərbi komissarlığı tərəfindən cəbhəyə getmək üçün səfərbərliyi alındı. N saylı hərbi hissənin tərkibində Kəlbəcər rayonu ərazisi uğrunda gedən döyüşlərdə fəal iştirak edən Vitali boyun nahiyəsindən güllə yarası alıb və bir müddət müalicə olundu. Yaraları sağalandan sonra Laçına Hoçaz kəndi uğurunda döyüşlərə göndərildi. Vitaliy bu döyüşlərin birində 1992-ci il 20 oktyabrda yaralandı. Çoxlu qan itirdiyindən onun həyatnı xilas etmək mümkün olmadı və şəhid oldu.

O, Şüvəlan kəndindəki qəbiristanlıqda dəfn olunmuşdur.

Bulimov Vitaliy 
Alekseyeviç 
20.10.1971 – 20.10.1992
bottom of page