top of page

Fərhad Yalquzaq
14.03.1973-15.06.2025

Foto

Həyat hekayəsi

Fərhad Yalquzaq 1973-ci il martın 14-də Qəbələ şəhərində anadan olmuşdur. Bakı şəhərində böyümüş, orta təhsilini almışdır. 1989-1993-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu, 1993-1997-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetini bitirmişdir. 1997-ci ildən Rəssamlar İttifaqı Gənclər bölməsinin üzvü, 2005-ci ildən isə İttifaqın tam hüquqlu üzvü olmuşdur. “Ad günü”, “Portağal rəngli bulud” adlı şeir kitablarının müəllifidir. Fərhad Yalquzaq nəsr sahəsində də bir necə dəyərli əsərləri var. Çap olunmamış bir çox hekayə və povesti, “Dumana qarşı” romanı, həmçinin çap olunmuş “Orman adamı” adlı 4 cilddən ibarət romanı var. Fərhad Yalquzaq bir çox sərgilərdə, simpoziumlarda iştirak edib:
1996, Mart Novruz sərgisi, Vəcihə Səmədova adına İncəsənət Qallereyası
1996, May Respublika gününə həsr olunmuş sərgi, Vəcihə Səmədova adına İncəsənət
Qallereyası
1997-2000 Ənənəvi olaraq hər il keçirilən Yaz, Payız mövzulu sərgilər, habelə milli
bayramlara həsr olunmuş sərgilərdə iştirak etmiş

2001, Mart Vəcihə Səmədova adına İncəsənət Qallereyası, 8 Mart qadınlar gününə həsr
olunmuş sərgi
2002 Fərdi sərgi, TİSA, Bakı
2003 Fərdi sərgi, Enterprise Center, Bakı
2004 İtaliya Azərbaycan rəssamlarının gözü ilə, Səttar Bəhlulzadə adına sərgi salonu
2005 Münhen, Almaniya, Azərbaycan rəssamlarının sərgisi
2006 Muzey Mərkəzi, Azərbaycan rəssamlarının sərgisi
2007 Almaniya qırmızı, qara və sarı boyalarla, Qız Qalası Qalereyası
2007 Məhəbbət Göy Qurşağı, Muzey Mərkəzi
2008 Yay təəssüratları, Muzey Mərkəzi
2008 Aktau, Qazaxıstan, “Xəzərin xətləri” rəsm konkursunda ikinci yer
2009, Iyun Üçüncü Beynəlxalq Sənət Simpoziumu , Antalya, Türkiyə
2009 “Qara və ağ” sərgisi, Muzey Mərkəzi
2009 “Yaz təəssüratları” sərgisi, Muzey Mərkəzi
2010 “Kuklalar” sərgisi, Muzey Mərkəzi
2010 “Yay təəsüratlaraı” sərgisi, Muzey Mərkəzi
2010 “Aftoportret” sərgisi, Muzey Mərkəzi
2010, Sentyabr Qusar Sənət Simpoziumu
2011 “Novruz” sərgisi, Muzey Mərkəzi
2011 “Mentalitet” sərgisi, Yeni Galereya
2011 “Yay rəngləri” sərgisi, Muzey Mərkəzi
2011 4-cü Antalya Beynəlxalq Sənət Simpoziumu
2011, Sentyabr Gəncə sənət simpoziumu
2011, Dekabr “Expromt” sərgi, Art’s Council of Azerbijan
2011, Dekabr “Qış təəssüratları”, Muzey mərkəzi
2011, Dekabr “Qadın duyğuları” Art’s Council of Azerbaijan
2011, Dekabr Qəbələ beynəlxalq sərgisi
2012, İyun “Yay rəngləri” sərgisi, Muzey mərkəzi
2012, Avqust Baku Creative Centre. Birgə sərgi
2012, October Art Energy SOCAR proyekti. Müsabiqə. Üçüncü yer üçün mükafat.
2012, October “İdman” sərgisi. Olimpiya Komitəsinin yubileyinə həsr olunmuş
2012-2019 Bakıdakı müxtəlif qalereyalarda kollektiv sərgilərdə iştirak
2019 Avqust Qazax simpoziumu
2022 Aprel Art Zone Masallı simpoziumu
2022 Oktyabr “XAZART” simpozium
2025 aprel “Mistik dialoq” adlı fərdi sərgi “ Mətbuart” qalereyası

Fərhad Yalquzaq 2025-ci il iyun ayının 15-i yaşadığı evdə intihar etmişdir.

bottom of page