top of page

Məmmədli Cəmil
Habil oğlu
28.07.1999 – 15.10.2020

Foto

Həyat hekayəsi

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999 cu il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur.2005 ci ildə Bakı şəhəri Səbail rayonu 163 nömrəli məktəbin birinci sinfinə daxil olmuş,2016 cı ildə həmin məktəbi bitirmiş və həmin il AzTU -in metallurgiya və materialşünaslıq fakultəsinə qəbul olmuşdur.2020 ci ildə universiteti bitirib,16 iyul 2020 ci ildə Həqiqi Hərbi Xidmətə yollanmışdır.
Orta məktəbdə oxuyan zaman futbol yarışlarda iştirak etmiş və medallar qazanmışdır.2012-ci ildə Xocalı Soyqırımına həsr olunmuş güllə atıcılığı turnirində həmyaşıdları arasında lll yerə layiq görülmüşdür,medal və hədiyyələrlə mükafatlandırılmışdır.
Və həmin vaxtdan atıcı adı sanki Cəmilin həyatına yazılmışdır.
Əsgərlik həyatının ilk ayında Cəmil ata-anası ilə danışarkən böyük fəxr və qürur hissi ilə ona Milii Qəhrəman Mübariz İbrahimovun silahından verildiyini bildirmişdi.
Gənc Əsgər olmasına baxmayaraq Cəmil müharibənin ilk günündən ən ön cəbhədə vuruşmuşdur. 15 oktyabr 2020 ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə Qəhrəmancasına Şəhid olmuşdur.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Cəmil Məmmədli ölümündən sonra
"lll dərəcəli Vətənə Xidmətə görə" ordeni ilə və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Bakının Badamdar qəsəbəsində Məktəbli küçəsinin adı dəyişdirilərək Cəmil Məmmədli küçəsi ,İsmayıllı rayonunda da daha bir küçə Cəmil Məmmədlinin adını daşıyır.
Cəmilin qısa, lakin qürurlu,Vətənə ,ailəsinə sevgi dolu həyatından bəhs edən "Elə bir ömür yaşayacam ki" sənədli filmi çəkilmiş,İsmayıllıda və Bakıda nümayiş etdirilmişdir.
Cəmil ailənin tək,subay oğul övladı idi.

bottom of page