top of page

Musayev Ramin
Novruz oğlu
30.12.1960 – 12.04.1994

Foto

Həyat hekayəsi

Dekabrın 30-da Ermənistan Respublikasının Krasnoselsk rayonunun Kölkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-77-ci illərdə Kölkənd kəndindəki orta məktəbdə təhsil almış, Sovet Ordusu sıralarında qulluq etmiş, 2 saylı Sumqayıt ixtisaslaşdırılmış mexanizasiya idarəsində quraşdırıcı işləməmişdir. O, ixtisası üzrə işləyərkən kollektivin hörmətini qazanmış, dəfələrlə rəhbərlikdən təşəkkürnamə və pul mükafatlarına layiq görülmüşdür. Dağlıq Qarabağ hadisələri başlayanda, torpaqlarımızın 20 faizinin düşmən tapdağında qalması, 1 milyondan çox qaçqının didərginlikdə ana-baba yurdlarından çıxarılması Ramin Musayevi çox narahat etmişdir. O, 1994-cü ilin əvvəllərində Sumqayıt şəhər hərbi komissarlığına müraciət edərək döyüş bölüklərinə yola düşmüşdür. Ramin Musayev Dağlıq Qarabağın taleyüklü döyüşlərində olan Ağdam rayonuna gəlmiş, bir sıra əməliyyatların həyata keçirilməsində yaxından iştirak etmişdir. Onun yada qalan döyüşlərindən biri də Ağdamın Çəmənli kəndi uğrunda gedən vuruşlar olmuşdur. Ramin döyüş yoldaşlarını irəli aparmış, öz avtomatı ilə çoxlu erməni faşistlərini məhv etmiş, düşmənin hücumlarının qarşısının alınmasında nümunə göstərmişdir.
Ramin Novruz oğlu Musayev 1994-cü il aprelin 12-də Ağdam rayonunun Çəmənli kəndi uğrunda gedən döyüşlərin birində ağır yaralanmış, ebediyyətə qovuşmuşdur. Ramin Musayev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ramin Musayev evli idi. Onun iki oğlu, bir qız payi var.

bottom of page