top of page

Təhməzov Şəmsəddin
Sərvər oğlu
03.03.2001 – 08.10.2020

Foto

Həyat hekayəsi

2001-ci ilin mart ayının 3-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub.
Həmişə ürəyi qisas hissi ilə yanan əsgər Şəmsəddin Təhməzov müharibənin ilk günlərindən döyüşlərə qatılıb və Ağdərə uğrunda vuruşub. O, oktyabrın 8-də Ağdərə istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub və Masallı rayonunda dəfn olunub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Şəmsəddin Təhməzov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

bottom of page