top of page

Abdullayev Həsən
Aydın oğlu
15.10.1990 - 02.10.2020

Foto

Həyat hekayəsi

Abdullayev Həsən Aydın oğlu 15.10.1990-cı ildə Kəlbəcər rayon Zivel kəndində anadan olub. 1993 cü ildə mənfur düşmənin işğalı nəticəsində ailəsi ilə birlikdə İsmayıllı rayon Quşencə kəndində məskunlaşmışlar. Həsən 1997 ci ilin sentyabrnda məskunlaşdığı Quşencə kənd orta məktəbin 1 ci sinfinə daxil olur və 2008 ci ildə həmin məktəbin 11 ci sinfini bitirir. 2009 cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanır və xidmətini MN Quru Qoşunlarının N saylı h/h də Zirehli Texnikalar bölüyündə, eyni zamanda piyada döyüş maşını olan BMP 2 də sürücü mexanik vəzifəsini yerinə yetirir və 2010 cu il oktyabrda ehtiyata buraxılıb. Həsən bir müddət mülki işlərdə işləsədə sonradan hərbiyə yollanır.2013 cü il iyun ayında DİN Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayır. Təlim və məşğələlərdə fəal iştirak edib,təcrübə toplayan Həsən 2 ci Qarabağ Vətən muharibəsinnən bir müddət əvvəl Xüsusi Təyinatlı Qüvvələrə ezam olunur. Orada bir müddət təlimlər keçdikdən sonra sentyabrın 27 nən başlayan döyüşlərdə iştirak edir və Murovdağın alınmasında qəhrəmanlıqla döyüşür. 01.10.2020 ci ildə Kəlbəcər isdiqamətində döyüşlərdə şəhid olur. 02.10.2020 - ci ildə İsmayıllı rayon Quşencə kəndində torpağa tapşırılıb. Subay idi. Ölkə Prezidentinin sərəncamlarına əsasən Həsən Abdullayev ölümündən sonra, "Vətən Uğrunda" və "Kəlbəcərin Azad Olunmasına görə” medalları ilə təltif olunmuşdur.

bottom of page