top of page

Babayev Valeh
Dadaş oğlu
14.06.1977 – 06.11.2007

Foto

Həyat hekayəsi

Valeh Babayev 1977-ci ilin 14 iyun günündə Qobustan rayonunun Nərimankənd kəndində Dadaş və Cəmilə Babayevlərin ailəsində anadan olub. Ailənin birinci övladı olan Valeh 1983-ci ildə Qobustan rayonu Nərimankənd kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1994-ci ildə isə həmin məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil almışdır.
Ailəli idi, Aydan və Səid adlı iki övladı yadigar qalıb.
Valeh Babayev 1998-ci ilin iyun ayından müxtəlif illərdə Silahlı Qüvvələrin və Quru Qoşunlarının hərbi hissələrində taqım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib.
2007-ci ilin noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən baş leytenant Babayev bədənin müxtəlif nahiyələrindən qəlpə yarası aldı. İlkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Əhmədbəyli Hospitalına çatdırılsa da, baş leytenant Valeh Babayev qanaxma nəticəsində qəhrəmancasına şəhid oldu.
Noyabrın 6-sı baş leytenant Valeh Babayev anadan olduğu Nərimankənd kənd qəbirstanlığında izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri də qatıldı. Baş leytenant Valeh Babayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Baş leytenantın tabutuna çəkilən bayraq isə şəhidin qardaşı İslam Babayevə təqdim olundu.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə Valeh Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Qobustan şəhərində böyüyüb boya başa çatdığı küçə şəhid Valeh Babayevin adını daşıyır. 2018-ci ildə, həmin küçədə Valeh Babayevin şərəfinə ucladılmış bulaq-abidə kompleksinin açılışı həyata keçirilmişdir.

bottom of page