top of page

Kərimli Məhəmməd
Məzahim oğlu
16.12.2000 - 06.10.2020

Foto

Həyat hekayəsi

Kərimli Məhəmməd Məzahim oğlu 16 dekabr 2000-ci ildə Azərbaycanın Neftçala rayonunda anadan olmuşdur. Məhəmməd 2007-ci ildə Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. Məhəmməd uşaq yaşlarından şahmat, güləş, boks və basketbolla məşğul olmuş və hər birindən müxtəlif dərəcələr almışdır. 2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənayesi kollecinin Ət və süd məhsullarının texnologiyası fakültəsinin əyanı şöbəsinə daxil olmuşdur. 2020-ci ildə isə həmin kollecdən məzun olmuşdur. Kərimli Məhəmməd 23 iyul 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidmətdə olarkən o, könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə ərizə yazmış və Xüsusi Təyinatlı Qüvvələrə seçilərək, xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində könüllü olaraq xidmət etmişdir.
O, Kəlbəcər, Cəbrayıl, Xocavənd və Murovdağ döyüşlərində yaxından iştirak etmişdir. Məhəmməd Kərimli sentyabrın 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Məhəmməd Kərimli oktyabrın 6-da Neftçala rayonu Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Kərimli Məhəmməd ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Vətən uğrunda, Cəsur döyüşçü, Kəlbəcər uğrunda, Cəbrayıl uğrunda, Xocavənd uğrunda, Hərbi Xidmətdə fərqlənməyə görə III dərəcəli fərqlənməyə görə medallar ilə təltif olunmuşdur.

bottom of page