top of page

Həsənov Yaqub
Faiq oğlu
20.01.1975 – 22.08.1994

Foto

Həyat hekayəsi

Həsənov Yaqub Faiq oğlu 1975-ci il yanvarın 20-də Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1982-ci ildə Nekrasov adına 19 №-li orta məktəb 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəb 8-ci sinfini bitirmişdir. Sonra Gəncə şəhərindəki Yüngül Sənaye Texnikumuna daxil olub. Texnikumun axırıncı kursunda hərbi hissəyə çağırılmışdır.
Yaqub Həsənov 1994-cü ildə 19 yaşı tamam olan kimi cəbhəyə yollanmışdı. Qusarda üç ay hərbi təlim keçdikdən sonra Tərtərə göndərilmişdir. 703 saylı hərbi hissədə xidmət etmişdi. Ağdərə, Tərtər bölgəsində vuruşmuşdu. O, 3-cü sovxozda, Dəmirçilərdə, Qırmızıkənd kəndlərində vuruşmalarda olmuşdu.
Yaqub Həsənov göstərdiyi hərbi şücaətə görə xidimət etdiyi hissədə böyük hörmət qazanmışdı. Onun uğurlarının əsas səbəbi onda idi ki, Faiq çox səbirli, təvazökar, diqqətli idi. Dəfələrlə dəqiq zərbə vurmuşdu. Bir neçə uğurlu əməliyyatlarda iştirak etmişdi. Döyüşlərin birində sol ayağından yaralanan Yaqub 1 ay hərbi hospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtdı.
Həsənov Yaqub Faiq oğlu 1994-cü il avqustun 22-də Qırmızıkənd uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid olmuşdu. Məzarı Gəncənin Şəhidlər Xiyabanındadır.

bottom of page