top of page

Xankişiyev Fuad
Şöhrət oğlu
12.04.1996 – 06.11.2020

Foto

Həyat hekayəsi

Fuad Xankişiyev 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2002-2008-ci illərdə Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 2011-2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyə fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşa,Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. 2020-ci il 3 noyabrda Daşaltı (Şuşa)  istiqamətində gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına həlak olmuşdur.
Vətən qarşısındakı müstəsna xidmətlərini əks etdirən, orden və medallarla ölümündən sonra təltif edilmişdir.( "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni , “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” ”Cesur Döyüscü” medaalları).

Şəhid 6 noyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

bottom of page