top of page

Orucov Ceyhun
Namaz oğlu
17.12.1996 – 30.10.2020

Foto

Həyat hekayəsi

Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ceyhun Orucov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Orucov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", medaları ilə və III dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edilmişdi.

bottom of page