Həyat hekayəsi
Cəmilli Şakir Arif oğlu 4 dekabr 1992-ci il Füzuli rayonu Araz Dilağarda kəndində anadan olub. 1999 – cu ildə Füzuli rayonu Araz Dilağarda kəndinin 1-ci sinfinə daxil olmuşdur. Məktəbdə oxuduğu zaman həm tərbiyyəsinə, həm də savadina görə müəllimlərin sevimlisinə çevrilmişdir. 2010-cu ildə həmin məktəbi bitirmişdir.
2011-ci ilin yanvar ayında Füzuli hərbi kommisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 2012-ci ilin iyul ayında ordu sıralarından ehtiyyata buraxılmışdır.
2015-2020-ci illərdə 037 saylı Hərbi hissədə müxtəlif hərbi kursları bitirdikdən sonra o, həmin hərbi hissədə “zirehli tank təmiri bölüyünün xüsusi işlər üzrə tağımının komandiri “ vəzifəsində xidmətinin davam etmişdir. Xidmət zamanı komandirləri tərəfindən bir çox fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmişdir.
Şakir Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Zəngilan, Qubadlı, Xocavənd, Hadrut, Laçın, Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.
Şakir Cəmilli 23 noyabr 2020-ci ildə Şuşa istiqamətində, erməni tankını döyüş bölgəsindən çıxararkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Şakir Cəmilli ölümündən sonra "Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarıı ilə təltif edilmişdir.