top of page

Məmmədov Xəyal
Xaliq oğlu
12.02.2001 – 15.10.2020

Foto

Həyat hekayəsi

Məmmədov Xəyal Xaliq oğlu 2001-ci il fevralın 12-də Sumqayıt şəhərində dünyaya göz açıb. Əslən Füzuli rayonunun Qərvənd kəndindən olan Xəyal yaşa dolduqca Vətən sevgisi daha da artıb. Orta məktəbdə oxuyarkən idmana marağı yaranan Xəyal futbol və cüdo idman növləri ilə məşğul olub. 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanan Xəyal bacarığı və istedadı ilə seçilərək Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində də Xəyal Xüsusi Təyinatlı olaraq böyük şücaət göstərib. Döyüş yolu Ağdərə-Murov istiqamətində başlayan Xəyal pulemyotçu olaraq qəhrəmanlığı ilə seçilib. Daha sonra Xəyal və döyüşçü yoldaşlarının növbəti tapşırığı Cəbrayıl-Füzuli istiqamətində olub. Xəyal bir sıra strateji məntəqələrin azad olunmasında və düşmənin bir neçə canlı qüvvəsinin məhv edilməsində xüsusilə fərqlənib. 2020-ci il oktyabrın 15-də Füzuli rayonu Qarğabazar istiqamətində gedən döyüşlər zamanı Xəyal qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Məmmədov Xəyal Xaliq oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğurunda”, “Cəsur döyüşçü”, "Şücaətə görə", “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

bottom of page