top of page

Paşayəv Elgün
İlham oğlu
04.03.1994 – 15.10.2020

Foto

Həyat hekayəsi

Paşayəv Elgün İlham oglu 04.03.1994 Sabirabad rayonunda anadan olub. 2000-ci ildə Sabirabad rayonunun 1 nömrəli tam orta məktəbinə daxil olub.
2008-ci ildə Füzuli rayonunun Zobucuq qəsəbəsində 27 nömrəli tam orta məktəbdə təhsilini davam ətdirib. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə aprel ayında Füzuli rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Azərbaycan Rəspublikasinin Sərhəd qoşunlarında xidmət edib. 22 oktyabr 2013-cü ildə hərbi xidməti başa vurub. 15.03.2014 ildən 2018-ci ilə gədər “Sokar” Nəft şirkətində mühafizəçi vəzifəsində işləyib. 05.01.2020-ci ildə Füzuli rayon çağırış şöbəsində müqavilə əsasında öhdəlik goturərək muddətdən artiq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 706 nomrəli hərbi hissənin tank ələyhinə bölüyündə, 14.02.2020-ci ildən isə qərargah bölüyündə kiçik çavus rütbəsində Sanitar təlimatci vəzifəsində xidmət ədib. 2015-ci ildə ailə həyati qurub. Xidmətinin ikinci ilində 27 sentyabr 2020-ci ildə Qarabağ müharibəsi başlayib. Elgün Sanitar təlimatcisi olaraq könüllü döyüşlərdə istirak ədib. Elgun ikinci Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasina Şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 15 oktyabr 2020-ci ildə Füzuli rayonunun Araz Dilağarda kəndinin gəbrisanlığında dəfn olunub.
Şəhidimizin özundən sonra vətənə iki övladi yadigar qaldı. Paşayəv Elgün ölümündən sonra Azərbaycan Rerspublikasının Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olumasına görə”, “Cəsur döyüşcü” və “Xocavəndin azad olunmasına görə” mədalları ilə təltif olunmuşdur.
Allah Şəhidlərimizin məkanını cənnət ələsin.

bottom of page