top of page

Süleymanov Vasif
Akif oğlu
24.02.2002 – 07.10.2020

Foto

Həyat hekayəsi

Süleymanov Vasif Akif oğlu 2002-ci il fevral ayının 24-ü Qəbələ rayonu Bum qəsəbəsində anadan olub. Orta təhsilini Qəbələ rayonu Bum qəsəbə orta məktəbində alıb. O 9-cu sinifdən Qəbələdəki Peşə Məktəbində otelçilik üzrə oxuyub. Süleymanov Vasif həqiqi hərbi xidmətini Gəncə və Cəlilabadda N saylı hərbi hissədə keçib.
Müharibə başlayan ilk gündən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərərək öz bölük komandirini mühasirədən çıxarib. 2020-ci il oktyabırın 6-da Cəbrayıl rayonunda şəhidlik zirvəsinə ucalıb. Komandirini xilas edərkən başından və sinəsindən aldığı qəlpə yarasından həlak olub. 2020-ci il oktyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilib.
Vasif SSRİ ordu sıralarında xidmət edərkən şəhid olmuş əmisinin adını daşıyırmış və iki bacının bir qardaşı idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şəhid Süleymanov Vasif Akif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,  “Cəbrayılın azad olunmasına görə” , “Kəlbəcərin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə ”III dərəcəli Rəşadət" ordeni ilə təltif edilib.

bottom of page