top of page

Zamanov Vüqar
İsmayıl oğlu
10.03.1995 – 05.11.2020

Foto

Həyat hekayəsi

Zamanov Vüqar İsmayıl oğlu 1995-ci ildə martın 10-da Füzuli rayon Horadiz qəsəbəsində anadan olmuşdur. 2001-ci ildə Füzuli rayonunda F.Mehdiyev adına 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2013-2014-cü illərdə həqiqi hərbi xidmət keçmişdir. Bir müddət müxtəlif mülki işlərdə çalışıb, sonradan isə 2016-cı ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə qəbul olunmuşdur. İdmana marağı olduğu üçün ağır atletika ilə məşqul olurdu.
2020-ci ildə 2-ci Qarabağ müharibəsində 05.11.2020 tarixdə Şuşa şəhərində Daşaltı kəndində qəhrəmancasına şəhid olmuşdur. Zamanov Vüqar Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.
Atası Zamanov İsmayıl Qəmbər oğlu 24.08.2021-ci ildə vəfat edib. O, ölümündən qabaq “60 il yaşamışam, hər şeyə dözmüşəm, lakin övlad dərdinə dözmək olmur” demişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Vüqar Zamanov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

bottom of page