Həyat hekayəsi
Elmin Əlizadə 18 mart 2003-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonunun Papravənd kəndindəndir. Kənd işğal olunduqdan sonra Elminin ailəsi Mingəçevirdə məskunlaşmışdır. Elmin Əlizadə 15 sentyabr 2009-cu ildə Kəlbəcər rayon 118 nömrəli tam orta məktəbin 1-ci sinfində təhsil almağa başlamışdır. 2013-2016-cı illərdə UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak etmişdir.
15 iyun 2020-ci ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Subay idi.
Elmin Əlizadə 1 aprel 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan-Ermənistan sərhədində, Laçın-Kəlbəcər istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.[3]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən əsgər Elmin Əlizadə 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elmin Əlizadə ölümündən sonra "Vətən uğrunda medalı ilə təltif edilmişdi.