top of page

Ibrahimov Elmar
Nəriman oğlu
02.09.1988 – 16.10.2020

Foto

Həyat hekayəsi

Ibrahimov Elmar Nəriman oğlu 1998-ci il sentyabrın 2-də Mingəçevir şəhərində anadan olmuşdur.2004 -cü ildə Mingəçevir şəhər 2saylı tam orta məktəbin 1-ci sinifinə getmişdi.Həmin məktəbdə ümumi orta təhsilini başa vurduqdan sonra 16 sentyabr 2013ci ildə Mingəçevir şəhər peşə ixtisası məktəbinə daxil olmuşdu. Burada elektrik qaz qaynaqçısı ixtisası na yiyələnərək 2015 - ci il 22 iyulda həmin məktəbi bitirmişdi.17yaşında olarkən isə atasını itirmiş və ailədə anası ilə ikisi qalmışdı.
Elmar hərbi xidmətdən öncə bərbərlik sənətinə də yiyələnmişdi.O,2016cı il oktyabr ayında hərbi xidmətə yollandı.Əsgər Elmar İbrahimov hərbi xidmət dövründə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə,nümunəvi hərbi intizamına,yüksək mənəvi,işgüzar keyfiyyətlərinə və vəzifə borclarını layiqincə yerinə yetirilməsində fərqləndiyinə görə fəxri fərmanla təltif olunur.12.04.2018ci ildə isə Elmar Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdı.
21 Sentyabr 2020 də təlimlərə könüllü getmişdi, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar İbrahimov Talış Madagizin azad edilməsində savaşıb. 30 sentyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində şəhid olub. 16 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elmar İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü"medalları ilə təltif edilmişdi.
Allah ruhunu şad eləsin bütün şəhidlərimizin və onları Kərbəla şəhidləri ilə məşhur eləsin inşallah.

bottom of page