top of page

Paşayev Daşdəmir
Əlizaman oğlu
28.01.1982 – 09.11.2020

Foto

Həyat hekayəsi

Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988-1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb. 1996-1999-cü illərdə Cəmşid Naxcivanski hərbi liseydə oxuyub. 1999-2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb.
Ailəli idi (07.06.2009-cu il). Dörd övladı var (Zeynəb, Məryam,Əlizaman və Sofiya).
2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. İsveçrədə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb. Azərbaycan Xüsusi Təyinatlıları Qüvvələrində xidmətə başlamışdır. Ali vəziyyəti əlaqədar olaraq Baş-leytenant rütbəsində ehtiyata buraxılmışdır.
ANS kanalında rəis müavini köməkçisi, Bakıda Ərəb səfirliyində, Bakı Metropolitenində yol xidmətində, Türkiyə Respublikasında, müxtəlif iş yerlərində və sonra maşın ustası kimi çalışmışdır.
Azərbaycan Ordusunun ehtiyyatda olan baş leytenant kimi Daşdəmir Paşayev 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunmuşdur. Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. 30 oktyabr  2020-ci ildə Şuşada şəhid olmuşdur.
8 noyabr 2020-ci ildə İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Daşdəmir Paşayev “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

bottom of page