top of page

Vəliyev Azər
Vəli oğlu
20.09.1998 – 19.10.2020

Foto

Həyat hekayəsi

Azər Vəliyev 1998-ci il sentyabrın 20-də Ağdaş rayonunun Ləki kəndində anadan olub. Subay idi. Azər Vəliyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Azər Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Azər Vəliyev oktyabrın 19-da Suqovuşan istiqamətində şəhid olub. Ağdaş rayonunda dəfn olunub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Azər Vəliyev ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

bottom of page