top of page

İsgəndərov Niyazi
Şahvələd oğlu
13.10.1982 – 05.10.2020

Foto

Həyat hekayəsi

Şəhid İsgəndərov Niyazi Şahvələd oğlu 13 oktyabr 1982-ci ildə Qərbi Azərbaycanda Krasnoselo rayonun Cad kəndində anadan olub 1988ci ildə ailəsi ilə birlikdə. Mingəçevir şəhərinə köçüb. Niyazi 1990-cı ildə Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbin 1-ci sinifində təhsil almağa başlayıb. 2000-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb və Ağstafa rayonunda kəşfiyatçı kimi hərbi xidmətdə olub. Hərbi xidmətini 2002-ci ilin aprel ayında bitirdikdən sonra. Mingəçevir şəhərində tornaçı kimi işləməyə başlayıb.
Niyazi İsgəndərov 2004 -cü ildə ailə həyatı qurub və bu evlilikdən iki oğlu var. 2014-cü ildə MAHHXHQ yəni müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçu kimi Tərtər qayonu N saylı hərbi hissədə xidmətə başlayıb. 2015-ci il mayın 5-də ağır yaralanır və 152 tikiş qoyulur ama buna baxmayaraq yenə xidmətə davam edir. 2016-cı il aprelin 2-də baş verən aprel döyüşlərində 8 yaralı əsgərini döyüş meydanından çıxararkən minamiyot partlaması nəticəsində tək sağ qolunnan 42 qəlpə yarası alır və bu qəlpələrdən yalnız biri çıxarılır digərləri isə hər iki gözündə, dodağında, başında və bədənin müxtəlif nahiyələrində sinirə toxunduğu üçün çıxarıla bilmir və aprel qazisi adını alaraq yenədə orduda xidmətə davam edir 2020-ci il 27 sentyabr vətən müharibəsi başlayan gündən döyüşlərə qatılır və 28 sentyabr top partlayışı nəticəsində sinəsindən və belindən zədələnir cəmi 3gün hosbitalda qalır və əlil arabasında gəzməyinə baxmıyaraq 4 morfin keyidici iynə istifadə edərək döyüşlərə qayıdır və suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək 5 oktyabr Şəhidlik zirvəsinə ucalır.
Ölümündən əvvəl "hərbi xidmətdə fərqlənməyə görə" medalı və "Azərbaycab ordusunun 100 illik yubleyi" medalı ilə təltif olunur
Ölümündən sonra "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə", və "Vətən uğrunda" medalı ilə təltif olunur.

bottom of page