top of page

Mehdiyev Rövşən
Mehdi oğlu
21.02.2000 – 25.10.2020

Foto

Həyat hekayəsi

Rövşən Mehdiyev 21 fevral 2000-ci ildə Ağdam rayonunun Suma kəndində Mehdi Mehdiyevin ailəsində anadan olmuşdur. Əvvəlcə, Bərdə rayonunda yerləşən Türk-Qızılay çadır şəhərciyində, sonra Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşmışdır. 2006-2017-ci illərdə Ağdam rayon 106 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Rövşən Mehdiyev 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rövşən Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rövşən Mehdiyev 25 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rövşən Mehdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

bottom of page