top of page

Kirxlarov Nazim
Nadir oğlu
20.12.1993 – 23.10.2020

Foto

Həyat hekayəsi

Nazim Kirxlarov 1993-cü il dekabrın 20-də Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. O internat məktəbini bitirib.
Azərbaycan Ordusunun əsgəri olan Nazim Kirxlarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazim Kirxlarov oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nazim Kirxlarov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə"medalları ilə təltif edilmişdi.

bottom of page