top of page

Məsimov Əkbər
Yunus oglu
05.10.1994 – 07.06.2021

Foto

Həyat hekayəsi

Məsimov Əkbər Yunus oglu 1994-cü il oktyabrın 5-də Agdaş rayon Qaradəyin kəndində anadan olmuşdur.
2001-ci ildə Vidadi Əzizov adina Qaradəyin kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012ci ildə 11-ci sinifi bitirmişdir.
2014-cü ildə həqiqi hərbi xidmətə yola düşmüs, Naxcıvanın Şahbuz səhərində N sayli hərbi hissədə qüsursuz xidmət etmişdir.
2016-cı ildə hərbi xidmətini basa vuraraq kəndə qayıtmiş, bir müddət təsərüffat isləri ilə məşgul olmuşdur.
2017ci-ildə hərbiçi olmaq istəyi onu yenidən hərbi hissəyə aparmiş, bu dəfə Səmkir rayonun Səyfəli kəndində MAXE kimi fəailiyyətə başlamıişdı. Bü müddət ərzində nümunəvi əsgər kimi dəfələrlə fəxri fərmanlar , tərifnamlərlə mükafatlandırılmışdı.
Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Əkbər Məsimov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

bottom of page