top of page

Hüseynov Eldəniz
Tahir oğlu
17.09.1996 – 09.10.2020

Foto

Həyat hekayəsi

Eldəniz Hüseynov 17 sentyabr 1996-cı ildə İmişli rayonunda anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 29-dan qismən səfərbərlikdən yararlanaraq, könüllü kimi iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Eldəniz Hüseynov 9 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Eldəniz Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişi.

bottom of page