top of page

Abdullayev Kənan
Mübariz oğlu
03.12.1990 – 16.10.2020

Foto

Həyat hekayəsi

Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub.  
Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb.
Kənan Abdullayev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edib.
Kənan Abdullayev 2020-ci il sentyabrın 30-da Hərbi Komisarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Kənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Abdullayev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Kənan Abdullayev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

bottom of page