top of page

Vahabzadə Mikayıl
Yaqub oğlu
25.06.1993 – 09.04.2016

Foto

Həyat hekayəsi

Vahabzadə Mikayıl Yaqub oğlu 25.06.1993 İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub Mikayıl 2000-ci ildə Maçaxı kəndinin 4 illik ibtidai məktəbinin 1-ci sinfinə gedib. Mikayıl 2004-cü ildə 4 illik təhsilini fəallıqla başa vurduqdan sonra təhsilini qonşu Tircan kəndində Musa Priyev adına tam orta məktəbdə davam etdirib. Mikayıl Tircan kəndində də oxuduğu müddətdə öz fəallığı ilə öz müəllimlərinin hörmətini qazandı və Mikayıl 9-cu sinfidə beləcə Tircan kəndində başa vurduqdan sonra 10-cu və 11-ci sinfi dahada yaxşı hazırlaşmaq məqsədilə Yeniyol kənd məktəbində 2 illik təhsilini davam etdirməklə bərabər Təzəkənd kəndinə də müəllim yanına gedirdi. Mikayıl bu iki ili də beləcə 2011-ci ildə başa vurdu və elə məktəbi bitirdiyi ildə yəni 2011-ci ildə istədiyinə nail oldu və Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul oldu. Mikayıl 4 illik bu Universitet həyatında fəallıqla oxumağı ilə birlikdə həm də işləyirdi ki, ailəsinin üzərinə çox yük düşməsin. Beləliklə Mikayıl 4 illik Universitet həyatını da 2015-ci ildə fərqlənmə diplomu ilə başa vurdu. Sonra isə Mikayılın çox səbirsizliklə gözlədiyi hərbi çağırış gəldi, çox sevinirdi. Mikayıl 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşdü, hərbi həyatında da çox bacarıqlı olan Mikayıl komandirlərindən təşəkkür məktubu da almışdı. 2016-cı ilin 02–05 də Aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və neytral zonada qaldı. Aprel ayının 8 də isə atəşkəsdən sonra götürüldü və aprelin 9-u doğulub boya başa çatdığı İsmayıllı rayonu Maçaxı kənd qəbirstanlığında dəfn olundu. Mikayıl Vahabzadə 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin "Fizika və elektroenergetika".
Şəhid Mikayıl Vahabzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 9-u isə Mikayıl Vahabzadə doğulduğu İsmayıllı rayonunun Maçaxı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Vahabzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Mikayıl Vahabzadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

bottom of page