top of page

Səfərov Asim
Nadir oğlu
30.09.1975 – 10.01.1994

Foto

Həyat hekayəsi

Sakit, gülərüz, mehriban...
Onu tanıyanlar həmişə belə xatırlayacaqlar. Amma hərbi geyimində ki, şəkilindən qəmli gözlərlə baxır hər kəsə.
Bəlkə də 31-ilin həsrətini çəkməkdən qəm dolub o gözlərə. Ata yurduna, ana nəfəsinə qovuşmağın həsrətindən...
Səfərov Asim Nadir oğlu, 30-sentyabr 1975-ci ildə Qəbələ rayonunun, Qəmərvan kəndində anadan olmuşdur. 1982-ci il sentyabrın 1-də Qəmərvan kənd tam orta məktəbin l-ci sinfinə qəbul edilən Asim 1990-cı lX sinfi bitirmişdir.
Yaxşı oxuyurdu, əlaçı olmasa da, heç vaxt dərsi bilmirəm deməmişdir müəllimələrinə.
Zəhmətkeş ata-ananın 5 övladından biri olan Asim yaxşı başa düşürdü ki, ata-ananın güvənini boşa çıxarmaq olmaz.
Müəllimələri və sinif yoldaşları da onun gələcəkdə gözəl bir mütəxəssis ola biləcəyini düşünürdülər.
Lakin heç kimin ağlına belə gəlmirdi ki, bu sinifdə 4 qəhrəman oturub və onlardan biri də Asimdir.
1990-cı ildə lX sinfi bitirən Asim Səfərov Qəbələ rayon Peşə-təhsil mərkəzində çilingər ixtisasına yiyələnmişdir.
Neçə ömrü yarımçıq, arzuları arzuları ürəklərdə qoyan l-ci Qarabağ müharibəsi, Xeyransa ana ilə Nadir atanında ürəyinə dağ çəkdi.
1993-cü ilin noyabr ayının 11-də Asim Səfərov Milli ordu sıralarına çağırılıb. Füzuli bölgəsində döyüşüb, Abdurrəhmanlı kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.
1994-cü il yanvar ayının 10-dan sonra Asim haqqında heç bir məlumat olmayıb.
Əzizləri həmin gündən Asimin nurlu çöhrəsini bir daha görməyin arzusunu yaşadıblar ürəklərində.
Ata dözə bilmədi bu həsrətə. Ana isə "Balamdan xəbər gələnə qədər bu yollara baxacağam" deyirdi.
2024-cü ilin aprel ayında Beyləqan rayonun Şəfəq qəsəbəsində Peyğəmbər qəbristanlığında digər şəhidlərlə bərabər Asimin də nəşi aşkar edildi.
May ayının 7-də Asim Səfərov doğma kəndində torpağa tapşırıldı.
Ruhun şad olsun, şəhidlik tarixi ilə dəfn tarixi arasında 31-il keçən Şəhidimiz...

bottom of page