top of page

Zeynalov Əzzəman
Mehman oğlu
29.12.1996 – 21.05.2016

Foto

Həyat hekayəsi

Şəhid Zeynalov Əzzəman Mehman oğlu 29 dekabr 1996- cı ildə Lənkəran rayonunda Vətənərvər bir ailədə dünyaya göz acmışdı.
Bakı şəhəri, Sabunçu qəsəbəsində böyüyüb başa çatmışdır.
Həmin qəsəbədəki 68 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dənizçilik Məktəbi 'nə daxil olmuşdur. Vətənini,torpagını,bayragını canından cox seven
Əzzəman Zeynalov 12 yanvar 2015- ci ildə hərbi xidmətə yollandı. Qazaxda sərhədyanı bölgədə hərbi xidmətini davam etdirmişdir.
Xidmeti zamanı her kəsdən fərqlənən Əzzəman bütün tapşırıqları can başla yerinə yetirirdi.
Hərbi xidməti başa vurmağına 39 gün qalmış döyüş tapşırığında növbədə olarkən ürəyindən aldığı güllə yarası nəticəsində Şəhid olmuşdur.

bottom of page