top of page

Ağakişiyev İlkin
Elxan oğlu
17.09.1995 – 27.11.2020

Foto

Həyat hekayəsi

İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub.
2002-2013 cu ilde Mingecevir şeher 10 sayli tam orta mektebde tehsil almişdi.
2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Ailənin tək oğul ovladı idi. Subay idi.
2018-2020 ci illərde Mingecevir ṣəher Azerimed QSC-de menecer kimi calişmişdı.
İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 1-də Suqovusan istiqamətində şəhid olub. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, İlkin Ağakişiyev ölümündən sonra  
"Vətən uğrunda", “Cəsur Döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

bottom of page