top of page

Abbasov Elcan
Əfsəddin oğlu
23.09.2000 - 11.11.2020

Foto

Həyat hekayəsi

Abbasov Elcan Əfsəddin oğlu 23 sentyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur lap körpə vaxtlarından atasını itirən Elcan, 2007-ci ildə 6 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş , qardaşı ilə birgə, 2011-ci ildə Mingəçevirdə Üzeyir Hacıbəyov adına musiqi məktəbinə daxil olmuş , qardaşı ilə birgə Elcan qarmon üzrə ,qardaşı tar., bununla bərabər Yunan Roma güləşi üzrə idmanla da məşğul olan Elcan, 2017 ildə 14 saylı orta məktəbi bitirmiş ,2018-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdir.
Hərbi xidməti qurtarmağa 6 ay qalmış , onları seçib, 052-nin kurslarına cəlb etmişlər . Hərbi xidmətlə birgə kurslarda fərqlənmə diplomu ilə bitirən Elcan iyun ayının 10 gəlmiş, 20-si qayıtmışdır, 23 sentyabr 2020-ci il tarixdə 20 yaşı tamam olan Elcan sentyabr ayının 27-si 44 günlük vətən müharibəsində yaxından iştirak etmiş ,Füzulidən tam Şuşaya qədər döyüş yolu keçmişdir. Axırıncı danışığı 2020-ci il oktyabrın 28 olub 10 noyabrda şəhid xəbəri gəldi, 11 noyabr nəşi gətirildi və Mingəçevir Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Elcan Abbasov ölümündən sonra  “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni ”  ilə təltif edilmişdir.

bottom of page