Həyat hekayəsi
Məmmədov Rüstəm İbrahim oğlu 10 avqust 1998-ci ildə dünyaya gəlmişdir. Rüstəm Məmmədov orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb. İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb.
Azərbaycan Ordusunun əsgəri olan Rüstəm Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 22-də isə Şəhidimizin nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Rüstəm Məmmədov ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilmişdir.